Emerson adını futbol tarixinə yazdırdı
“Vest Hem”in müdafiəçisi Emerson hər üç avrokubok turnirində qalib gələn ilk futbolçu olub. Msport.az xəbər verir ki, o, “Çelsi”də çıxış edərkən 2019-cu ildə Avropa Liqasını, 2021-ci ildə isə Çempionlar Liqasını qazanıb.
Braziliya əsilli italiyalı oyunçu “Vest Hem”ə keçdikdən sonra dünən Konfrans Liqasında qalibiyyətə sevinib.
Bundan başqa, Emerson 2021-ci ildə “Çelsi”də olarkən Avropa Superkubokunda qalib gəlib. O, İtaliya yığması ilə Avro-2020-də qızıl medal qazanıb. 28 yaşlı müdafiəçi son 4 ildə UEFA bayrağı altında 5 titula sahib olub.
ANAR ABDULLAYEV







