featured-image-407

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

Msport.az-ın məlumatına görə, Neftçi” “Bakcell Arena”da “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib.

Görüşdə hesabı 17-ci dəqiqədə Emin Mahmudov açıb. Qonaqlar 24-cü dəqiqədə Rəhim Sadıxovun qolu ilə bərabərliyi təmin edib. Oyunda son nöqtəni də Emin Mahmudov qoyub. 82-ci dəqiqədə penaltidən fərqlənən 30 yaşlı yarımmüdafiəçi komandasına qələbə qazandırıb.

Bu oyundan sonra xallarını 34-ə çatdıran “ağ-qaralar” 3-cü pilləyə yüksəlib. “Sumqayıt” isə 13 xalla 7-ci yeri tutur.

Bənzər xəbərlər