Əmrə Bələzoğıu qovuldu
Türkiyənin “Ankaragücü” komandası baş məşqçi Əmrə Bələzoğlu ilə yollarını ayırıb.
Msport.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, “Ankaragücü” Əmrə Bələzoğlunun rəhbərliyi altında 40 xalla 17-ci yeri tutaraq Superliqa ilə vidalaşıb.