Əmrə Bələzoğlunun yeni iş yeri
Türkiyənin “Antalyaspor” komandasının yeni baş məşqçisi məlum olub.
Msport.az “TRT Spor”a istinadən xəbər verir ki, Superliqa təmsilçisi tanınmış mütəxəssis Əmrə Bələzoğlu ilə anlaşıb. Onunla qısa zaman ərzində rəsmi müqavilə imzalanacaq.
Türkiyə millisinin sabiq futbolçusu bu vəzifədə vaxtilə “Fənərbağça”da birgə çıxış etdiyi Aleks de Souzanı əvəzləyib.
Qeyd edək ki, “Antalyaspor” Superliqada topladığı 21 xalla 13-cü pillədə qərarlaşıb.