featured-image-25392

“Konyaspor”da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə Super Liqasının XXVI turunda “Qalatasaray”a qarşı keçirəcəkləri ev oyununda ehtiyatda qala bilər.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, komandanın baş məşqçisi Aleksandar Stoyanoviç 26 yaşlı hücumçunu start heyətində meydana buraxmağı düşünmür.

Serbiyalı mütəxəssis çempionatın lideri ilə matça daha çox müdafiə yönümlü oyunçularla çıxmağı planlaşdırır. Onun Emreliyə fasilədən sonra şans verəcəyi gözlənilir.

Qeyd edək ki, “Konyaspor” – “Qalatasaray” oyunu martın 17-də keçiriləcək.

CAHİD

Bənzər xəbərlər