featured-image-34518

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin daha bir cavab oyunu keçirilib.

Msport.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Qazaxıstanda “Astana”nın qonağı olub.

Görüş Zaqreb təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:0. İlk qolu 24-cü dəqiqədə Emreli vurub. Matça start heyətində başlayan 26 yaşlı forvard 78-ci dəqiqədə Yosip Drmiçlə əvəzlənib. Qonaqların ikinci qoluna isə 89-cu dəqiqədə Antonio Marin imza atıb.

Qeyd edək ki, ilk oyunda rəqibini 4:0 hesabı ilə darmadağın edən “Dinamo” iki görüşün nəticəsinə əsasən III raunda yüksəlib.

Bənzər xəbərlər