featured-image-26775

Azərbaycan millisinin futbolçusu Mahir Emrelini Türkiyə “Konyaspor”una icarəyə verən Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu problemlə üzləşib.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç “Qoritsa” ilə çempionat oyununda meydana buraxmağa hücumçu tapmır.

Hazırda 70 yaşlı mütəxəssisin sərəncamında ön xətt oyunçularından yalnız Yosip Drmiç qalıb. Bu səbəbdən o, əvəzedicilərdən 16 yaşlı forvard Toni Maiçi əsas komandaya cəlb edib.

Qeyd edək ki, Mahir Emreli “Konyaspor”la bu mövsümün sonunadək müqavilə imzalayıb.

Cahid

Bənzər xəbərlər