"Ən azı 4 qol vurmalı idik" - Erik ten Haq
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq hesab edir ki, komandası UEFA Avropa Liqasının pley-off matçında “Barselona”nın qapısına daha çox qol vurmalı idi.
Msport.az xəbər verir ki, “Kamp Nou”da keçirilən oyun 2:2 hesabı ilə başa çatıb:
“İki yüksək səviyyəli komanda mübarizə aparırdı. Belə oyuna baxmaq xoş idi. Məncə, hər kəs razılaşar ki, hər iki klub yüksək səviyyəli performans ortaya qoydu.
Belə güclü rəqiblə görüşdə oyunumuzdan razı qaldım. Biz hücumun sonluğunda daha dəqiq davranmalı idik. Çatışmayan cəhət məhz bu idi. Belə bir matçda biz çox qol vəziyyəti yaratdıq. Təəssüf ki, daha çox fərqlənə bilmədik. Bu gün ən azı 4 qol vurmalı idik”.
ANAR ABDULLAYEV







