featured-image-38891

Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış edən ən bahalı futbolçular müəyyənləşib.

Msport.az “Transfermarkt” portalına istinadən xəbər verir ki, birinci pillədə “Əl-Hial”da çıxış edən braziliyalı Neymar qərarlaşıb. 31 yaşlı hücumçunun qiyməti 50 milyon avro göstərilib.

Onun komanda yoldaşları Ruben Neveşlə Sergey Milinkoviç-Saviç (hər ikisi 40 milyon avro) 2-3-cü yerləri bölüşdürürlər.

“Əl-İttihad”dan Fabinyo (38 milyon avro), “Əl-Nəsr”dən Otavio (35 milyon avro), “Əl-Əhli”dən Qabriel Veyqa (30 milyon avro), “Əl-Hilal”dan Malkom (30 milyon avro), “Əl-Əhli”dən Rocer İbanez (28 milyon avro), “Əl-Hilal”dan Aleksandr Mitroviç (28 milyon avro), “Əl-Nəsr”dən Aymerik Laport növbəti sıralarda qərarlaşıblar.

“Əl-İttihad”dan Kərim Benzema və “Əl-Nəsr”dən Kriştianu Ronaldunun qiyməti 15 milyon avro qiymətləndirilib və onlar “10-luq”dan kənarda qalıblar.

Bənzər xəbərlər