Ən çox maaş ödəyən klublar – “10-luq”
2025-26 mövsümündə ən çox maaş ödəyən klubların adları açıqlanıb.
Msport.az xəbər verir ki, “Real” bu göstəricidə lider mövqeyində qərarlaşıb.
Madrid klubun illik orta maaşı 11,2 milyon avro təşkil edib. Ötən mövsümdə isə bu rəqəm 12 milyon avro olub. Siyahıda ikinci pillədə “Barselona” (7,91 milyon), üçüncü yerdə isə “Mançester Siti” (7,43 milyon) yer alıb.
Növbəti yerləri “Bavariya” (7,38 milyon), PSJ, “Arsenal” (hər iksi – 7 milyon), “Liverpul”, “Mançester Yunayted” (hər iksi – 6 milyon), “Çelsi” və “Tottenhem” (hər iksi – 4,5 milyon) tutublar.