featured-image-43917

Mark-Andre Ter Ştegen İspaniyanın “Barselona” klubunda yeni uğura imza atıb.

Msport.az xəbər verir ki, o, Kataloniya təmsilçisinin heyətində UEFA Çempionlar Liqasında ən çox oyun keçirən ikinci əcnəbi oyunçu olub.

Almaniyalı qolkiper 1/8 final mərhələsində İtaliya “Napoli”si (1:1) ilə ilk görüşdə bunu reallaşdırıb.

Ter Ştegen bu komandada qitənin ən nüfuzlu klub turnirində 81-ci oyununu keçirib. Bununla o, braziliyalı Dani Alveşi geridə qoyub.

Almaniya millisinin üzvü yalnız argentinalı Lionel Messidən geri qalır. Hazırda karyerasını ABŞ-də davam etdirən 36 yaşlı hücumçu “Barsa”nın heyətində Çempionlar Liqasında 149 matçda meydanda olub.

Qeyd edək ki, “Barselona” ilə “Napoli” arasında cavab oyunu martın 12-də keçiriləcək.

Bənzər xəbərlər