featured-image-63913

Dortmund “Borussiya”sının futbolçusu Seru Qirassi yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, 29 yaşlı hücumçu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” ilə cavab görüşündə bunu reallaşdırıb.

O, komandasının 3:1 hesabı ilə qalib gəldiyi matçda het-trik edib. Bununla Qirassi cari mövsüm turnirdə qol sayını 13-ə çatdırıb. O, afrikalı oyunçular arasında ÇL-də bir mövsümdə vurduğu qol sayınd rekordçudur.

Qirassi “Borussiya”nın sabiq forvardı Sebastyan Allenin 2021-22 mövsümündəki 11 qollu rekordunu yeniləyib.

Qeyd edək ki, ilk oyunda səfərdə “Barselona”ya 0:4 hesabı ilə uduzan “Borussiya” Çempionlar Liqasında mübarizəni dayandırıb.

Bənzər xəbərlər