featured-image-56447

Dünyanın ən yaxşı qapıçısı adına namizədlər bəlli olub.

Msport.az xəbər verir ki, IFFHS ən yaxşı kişi və ən yaxşı qadın qolkiper adına iddiaçıları açıqlayıb.

Mükafata 20 kişi futbolçu iddia edir. Bunlar Giorgi Mamardaşvili, Dioqo Kosta, Canluici Donnarumma, Qreqor Kobel, Mayk Meiyan, Quqlielmo Vikario, David Raya , Unay Simon, Yan Oblak, Tibo Kurtua, Mark-Andre ter Şteqen, Cordan Pikford, Aleks Remiro, Andrey Lunin , Ederson, Emiliano Martines, Alisson, Luis Malaqon, Andre Onana və Metyu Rayandır.

Qadın qapıçılar arasında ən yaxşı adına 10 namizəd var: Mari İrps, Kristian Endler, Katalina Kol, Alissa Naeher, Natalia Giraldo, Kaylen Şeridan, Enn Katrin Berger, Makenzi Arnold, Lorena Leyte, Çiamaka Nadozi.

Qeyd edək ki, mükafatların sahibləri İFFHS-in ölkələr üzrə nümayəndələri arasında səsvermə ilə müəyyənləşəcək

Bənzər xəbərlər