featured-image-63339

“Real Madrid”in hücumçusu Endrik komandanı tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.

Msport.az xəbər verir ki, braziliyalı futbolçu iddiaları təkzib edib. O, “kral klubu”nu çox sevdiyini və burada qalmaq istədiyini bildirib:

“Mən öyrənmək, futbolçu kimi böyümək, “Real Madrid” üçün mümkün olan hər şeyi etmək üçün buradayam”.

Qeyd edək ki, daha əvvəl İspaniya mətbuatı 18 yaşlı forvardın bir neçə Avropa klubunun maraq dairəsində olduğunu yazıb. Endrik “Real Madrid”ə ötən yay keçib. Bundan əvvəl 18 yaşlı hücumçu “Palmeyras”da çıxış edib. O, bu mövsüm bütün turnirlərdə 28 oyun keçirib, 6 qol vurub.

Bənzər xəbərlər