Enrike canlı yayımdan qazandığı pulu xeyriyyə fonduna bağışladı
İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike DÇ-2022 vaxtı “Twitch”də canlı yayıma çıxaraq qazandığı vəsaiti xeyriyyə məqsədilə istifadə edib.
Msport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis əldə etdiyi pulları uşaqlarda xərçəng xəstəliyinin mübarizəsi ilə məşğul olan Enriqueta Villavecchia fonduna bağışlayıb.
30 min avroluq məbləğ fevralın 23-də xeyriyyə fonunda ianə olunub.
Xatırladaq ki, Luis Enrekinin qızı 2019-cu ildə məhz xərçəngdən vəfat etmişdi.
Cahid







