featured-image-21884

Entso Fernandesin “Benfika”dan “Çelsi”yə keçidi dünya futbol tarixində ən bahalı 6-cı transfer olub. Msport.az xəbər verir ki, London klubu 22 yaşlı futbolçunu  ələ keçirmək üçün 121 milyon avro xərcləyib.

Dünya futbol tarixində ən bahalı 5 transfer:

  1. Neymar –  “Barselona”dan PSJ-yə – 222 milyon avro
  2. Kilian Mbappe – “Monako”dan PSJ-yə – 180 milyon avro
  3. Osman Dembele – “Borrusiya”dan “Barselona”ya – 140 milyon avro
  4. Felippe Koutinyo – “Liverpul”dan “Barselona”ya – 135 milyon avro
  5. Joao Feliks – “Benfika”dan “Atletiko”ya 127,2 milyon avro

Entso Fernandesin “Çelsi”yə keçidi həmçinin İngiltərə futbolu tarixində rekord müəyyənləşdirib. Buna qədər rekord “Aston Villa”dan “Mançester Siti”yə 100 milyon avroya keçmiş Cek Qrilişə məxsus idi.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər