featured-image-28135

Futbolla vidalaşan Mesut Özil özünü siyasətdə sınamaq fikrinə düşüb. Msport.az xəbər verir ki, AKP ötənlərin məşhur futbolçusunun parlament seçkilərində namizədliyini irəli sürəcək.

Türkiyə Prezidenti, AK partiyanın lideri Receb Tayyip Erdoğanla Almaniya millisinin sabiq üzvünün münasibətləri heç kimə sirr deyil. Hətta Erdoğan Mesutun toyunda nigah şahidi olub.

Xatırladaq ki, 2018-ci ildə Mesutla İlkay Gündoğan seçkiqabağı kampaniya dönəmində Erdoğanla görüşüb dəstək vermişdilər. Bu, Almaniyada birmənalı qarşılanmamışdı. Bundestimin DÇ-2018-dəki uğursuzluğunda isə çoxları Mesutu günahlandrımışdı. O, mundialdan sonra milli zəmində təhqirlərə məruz qaldığını deyərək Almaniya yığmasındakı karyerasını başa vurmuşdu.

Yarımmüdafiəçinin 2020-ci ildə “Arsenal”dan “Fənərbaxça”ya gəlməsində də Erdoğanın rolu olub.

ANAR

 

Bənzər xəbərlər