featured-image-26246

“Barselona” Serji Busketsə vaxt qoyub. Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya klubu yarımmüdafiəçidən gələcəyi ilə bağlı xəbər gözləyir.

“Barsa” ötən həftə futbolçuya 1 illik 3 milyon avroya müqavilə təklif edib. Ancaq bu, 34 yaşlı oyunçunun indi aldığı maaşdan xeyli azdır.

Baş məşqçi Xavi Busketsi qalmağa razı salmağa çalışır. Əgər təcrübəli futbolçu razılaşsa, yayda yeni dayaq yarımmüdafiəçisi almağa xeyli pul xərclənməyə ehtiyac olmayacaq.

Buskets ərəb ölkələrindən daha sərfəli təklif aldığından hələ ki götür-qoy edir və konkret cavab verə bilmir.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər