featured-image-48641

“Qarabağ”ın qapıçısı Andrey Lunyov “Əl-Feyha”nın maraq dairəsinə düşüb.

Msport.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın klubunun baş məşqçisi Vuk Raşoviç açıqlama verib.

Serbiyalı mütəxəssis Rusiya mətbuatına müsahibəsində Lunyovun namizədliyini müzakirə etdiklərini bildirib: “Andreyin yaxşı qapıçı olduğunu deyə bilərəm. Danışıqların detalları barədə tam məlumata malik deyiləm. Onu “Əl-Feyha”da görməkdən şad olardıq. Lunyovun namizədliyini müzakirə etmişik, amma hələlik dəqiq heç nə yoxdur”.

Qeyd edək ki, Lunyov ötən ilin avqustundan “Qarabağ”da çıxış edir. Rusiyalı qapıçı Ağdam klubu ilə müqaviləsi mövsümün sonunda bitəcək. Azərbaycan çempionu Andreyə yeni müqavilə təklif etsə də, yekun cavabı almayıb.

Bənzər xəbərlər