featured-image-31679

“Atletiko”nun hücumçusu Alvaro Morata İspaniyadan cəlbedici təklif alıb.

Msport.az “Marka”ya istinadən xəbər verir ki, “Əl Taavun” klubu İspaniya millisinin üzvünə ili 50 milyon avro olan müqavilə təklif edib.

30 yaşlı forvard Avropada qalıb, top-liqalarda çıxış etmək istəyir. Klubun Ər-Riyad və ya Ciddəni yox, kiçik Burayd şəhərini təmsil etməsi də onun o qədər də ürəyincə deyil.

Qeyd edək ki, “Əl Taavun” ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 5-ci yeri tutub.

Əgər Massimiliano Alleqri “Əl Hilal”ın sükanı arxasına keçsə, “Yuventus”dan yaxşı tanıdığı oyunçunu yanına çağıra bilər.

ANAR 

 

Bənzər xəbərlər