Ərəblərdən ən çox qazanan klublar - SİYAHI
“Aston Villa” Səudiyyə Ərəbistanı klublarına futbolçu satışından ən çox pul qazanıb.
Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son 5 mövsümdə Səudiyyə Peşəkar Liqasına satılan oyunçuların ümumi dəyərinə görə Avropa komandaları arasında liderdir – 137 milyon avro.
Bu reytinqin ilk “20-liy”ində İngiltərənin 9 klubu yer alıb.
Səudiyyə Ərəbistanı klublarına futbolçu satışından ən çox pul qazananlar:
1. “Aston Villa” – 137 milyon avro
2. “Porto” – 110 milyon
3. PSJ – 103 milyon
4. “Mançester Siti” – 87,5 milyon
5. “Çelsi” – 64,5 milyon
6. “Liverpul” – 60,7 milyon
7-8. “Vulverhempton” – 60 milyon
7-8. “Zenit” – 60 milyon
9. “Fulhem” – 52,6 milyon
10. “Roma” – 49,5 milyon
11. “Brentford” – 42 milyon
12-13. “Benfika” – 40 milyon
12-13. “Latsio” – 40 milyon
14. “Leypsiq” – 35 milyon
15. “Marsel” – 32 milyon
16-17. “Bavariya” – 30 milyon
16-17. “Selta” – 30 milyon
18. “Seltik” – 29,1 milyon
19. “Nyukasl” – 27,2 milyon
20. “Lans” -25 milyon