Ərəblərdən macar futbolçuya fantastik təklif
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Liverpul” aparıcı futbolçusu Dominik Soboslayla maraqlanır.
Msport.az İspaniyanın “todofichajes” nəşrinə istinadən xəbər verir ki, Pro Liqa klubu 24 yaşlı futbolçu üçün 120 milyon avro ödəməyə hazırdır.
Bu baş verərsə, macarıstanlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı çempionatı tarixinin ən bahalı futbolçusu olacaq. Hazırkı rekord Neymarı 90 milyon avroya heyətinə qatan “Əl-Hilal”a məxsusdur.
Soboslay bu mövsüm klub səviyyəsində 36 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.
Daha əvvəl “Əl-Hilal”ın “Liverpul”un digər futbolçusu Məhəmməd Salahla maraqlandığı bildirilirdi.