featured-image-48038

Səudiyyə Ərəbistanı “Əl-İttihad”ı “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegeni transfer etməyi planlaşdırır.

Msport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. 32 yaşlı qolkiperin Kataloniya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Buna görə də “Əl-İttihad” qarşıdakı yay transfer pəncərəsində keçidi həll etmək üçün “Barselona”ya böyük məbləğdə pul təklif etməyi planlaşdırır.

Əvvəllər “Barselona”da çalışmış, hazırda “Əl-İttihad”ın idman direktoru olan Ramon Planes Ter Ştegenin komandaya yaxşı uyğunlaşacağına inanır.

Qeyd edək ki, Ter Ştegen 2014-cü ildən “Barselona”da oynayır. Bu mövsüm o, komandanın heyətində bütün yarışlarda 32 oyun keçirib, 36 qol buraxıb və 14 matçda qapısını təmiz saxlayıb.

Bənzər xəbərlər