Erik ten Haq Qrizmannı istəyir
“Atletiko Madrid”in hücumçusu Antuan Qrizmann “Mançester Yunayted”ə keçə bilər.
Msport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Eri ten Haq fransalı futbolçunu sərəncamında görmək istəyir.
32 yaşlı futbolçunun sərbəst qalma məbləği 25 milyon avro təşkil edir. Onunla PSJ və İnter də maraqlanır.
Qeyd edək ki, Qrizmann ötən mövsüm La Liqada keçirdiyi 38 oyunda 15 qol vurub və 16 məhsuldar ötürmə edib.
Royal Türksoy







