featured-image-61696

“Mançester Yunayted”in futbolçusu Kristian Eriksenin taleyinə aydınlıq gəlib.

Msport.az xəbər verir ki, 33 yaşlı danimarkalı yarımmüdafiəçi yayda İngiltərə klubunu tərk edəcək.

O, mövsümün sonunda azad agent statusu alacaq. Müqaviləsi uzadılmayacaq Kristian yeni klub axtarışına indidən başlamağı planlaşdırır.

Qeyd edək ki, yarımmüdafiəçi Premyer Liqanın cari mövsümündə 13 oyunda 1 assistə imza atıb.

Bənzər xəbərlər