Eriksen yenidən millidə!
Danimarka millisinin və “Brentford”un futbolçusu Kristian Eriksen yenidən yığmaya çağırılıb.
Msport.az xəbər verir ki, baş məşqçi Kasper Hyulmend qarşıdakı təlim-məşq toplanışı üçün Eriksenə də ehtiyac duyub. O, Niderland (26 mart) və Serbiya (29 mart) ilə keçiriləcək yoldaşlıq görüşlərində meydana çıxa bilər.
Eriksen sonuncu dəfə ötən il Avro-2020-nin qrup mərhələsində Finlandiya (0:1) ilə oyunda yığmanın formasını geyinib. Həmin görüşdə ürəyi dayanan və həkimlərin müdaxiləsindən sonra həyatını xilas etmək mümkün olan 30 yaşlı yarımmüdafiəçi uzun müddət yaşıl meydanlardan uzaq qalıb.