Erlinq Haland üçün mövsüm bitdi
“Mançester Siti”nin hücumçusu Erlinq Haland üçün mövsüm bitib.
Msport.az xəbər verir ki, norveçli forvard Premyer Liqanın qalan oyunlarında komandasına kömək edə bilməyəcək.
Ulduz futbolçu İngiltərə Kubokunun 1/4 final mərhələsində “Bornmut”la görüşdə topuğundan zədələnib. Stadionu əsanın köməkliyi ilə tərk edən Halandın yalnız iyunun 15-də start götürəcək Klublararası Dünya Çempionatında iştirak etmək şansı var.
Qeyd edək ki, Erlinq Haland bu mövsüm bütün turnirlədə 40 oyunda iştirak edib, 30 qol vurub.