featured-image-19572

İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haland yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, o, buna İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində baş tutan “Lids”lə matçda (3:1) dubla imza ataraq nail olub.

22 yaşlı oyunçu Premyer Liqada vurduğu qolların sayını 20-yə çatdırıb. Haaland 20 qol səddinə ən tez çatan oyunçu olub. O, bu qolları 14 matçda rəqib qapılarından keçirib.

Xatırladaq ki, bundan əvvəlki rekord Kevin Fillipsə məxsus idi. O, Premyer Liqada 21 matçda 20 qol vurmuşdu.

Bənzər xəbərlər