Erlinq Holand Norveç yığmasının tarixinə düşdü
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Holand Norveç yığmasının tarixinə düşüb.
Msport.az xəbər verir ki, millidə 34-cü dəfə fərqlənən hücumçu Yörgen Yuveni arxada qoyaraq komandanın ən sərrast futbolçusu olub.
Forvard UEFA Millətlər Liqasının 3-cü turunda Sloveniyanın qapısına 2 top vurub. 24 yaşlı hücumçu 3:0 hesabı ilə yekunlaşan qarşılaşmanın 10-cu və 62-ci dəqiqələrində fərqlənib. Erlinq 34 qol həddinə 36-cı oyunda çatıb. O, bununla da, yığmanın rekordçusu olub.
Qeyd edək ki, Holand 2019-cu ildən Norveç millisinin formasını geyinir.