featured-image-44738

“Mançester Siti”nin hücumçusu Erlinq Holann Vircil van Deyki “Liverpul”un ən aparıcı futbolçusu hesab edib.

Msport.az xəbər verir ki, norveçli forvard bu barədəı “Eurospor”a açıqlama verib:

“Düşünürəm ki, o, “Liverpul”un əsas oyunçusudur. Van Deyk canavardır. Belə futbolçulara qarşı oynamağı sevirəm. Çünki bu, əsl sınaqdır”.

Qeyd edək ki, “Mançester Siti” martın 10-da, İngiltərə Premyer Liqasının XXVIII turunda “Liverpul”un qonağı olacaq. Mersisayd təmsilçisi 63 xalla liderdir. Rəqibindən bir xal az toplayan “şəhərlilər” ikinci sıradadır.

Bənzər xəbərlər