featured-image-40203

“Mançester Siti”nin futbolçusu Erlinq Holann Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

Msport.az xəbər verir ki, norveçli hücumçu buna “Leyptsiq”ə 3:2 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin V tur oyununda fərqlənməklə nail olub.

Forvard qitənin bir nömrəli klub turnirində 40 qola hamıdan tez çatıb. O, bunu cəmi 35 qarşılaşmada bacarıb.

Holann həm də Fransanın PSJ komandasında çıxış edən Kilian Mbappenin də rekordunu qıraraq Çempionlar Liqasında 40 qol vuran ən gənc oyunçu (23 yaş 10 gün) adına da sahib çıxışb.

Qeyd edək ki, Erlinq Holann cari mövsüm bütün turnirlərdə 20 matçda meydanda olub, 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər