featured-image-28557

“Gazprom” şirkəti ilə “Beşiktaş” arasında bağlanan müqaviləyə əsasən, Rusiyadan bəzi futbolçular Türkiyə Super Liqasına keçə bilər. Msport.az “Fotospor”a istinadən xəbər verir ki, İstanbul klubu artıq bu istiqamətdə işlərə başlayıb.

“Zenit”in oyunçuları Malkom və Vendel, “Dinamo”nun yarımmüdafiəçisi Arsen Zaxaryan və ÇSKA-nın üzvü Xorxe Karraskalın “Beiktaş”a transferləri mümkündür.

“Gazprom” “qara qartallar”a  67 milyon dollar sponsor haqqı ödəyəcək. Rusiya şirkəti “Beşiktaş”ın stadionunun titul sponsoru olacaq.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər