featured-image-23530

Moskva “Dinamo”sunun erməni futbolçusu Arsen Zaxaryan bildirib ki, “Qalatasaray”a keçməyi planlaşdırmır.

Msport.az xəbər verir ki, məşhur insayder Nikola Skira İstanbul klubunun yaraımmüdafiəçini 13 milyon avroya transfer edəcəyini bildirmişdi.

Lakin Zaxaryan şəxsi səbəblərə görə, “Qalatasaray”a keçmək fikrində olmadığını deyib.

20 yaşlı futbolçu bu mövsüm Rusiya çempionatında 16 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər