featured-image-38090

UEFA futzal üzrə Ermənistan milli komandasını cəzalandırıb.

Msport.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna DÇ-2024-ün seçmə mərhələsinin Finlandiya ilə ev matçında Ermənistan yığmasının heyətində bu ölkənin vətəndaşı olmayan braziliyalı legionerlərin meydana çıxması səbəb olub.

Məsələni araşdıran UEFA Ermənistan seçməsinə 0:5 hesablı texniki məğlubiyyət verib.

Qeyd edək ki, sözügedən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatmışdı.

Bənzər xəbərlər