featured-image-20576

Ermənistan milli komandasının yeni baş məşqçisinin adı açıqlanıb. Msport.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Bu günlərdə Ukrayna yığmasından ayrılan Aleksandr Petrakov bundan sonra Ermənistanda çalışacaq. 65 yaşlı mütəxəssis ukraynalıları dünya çempionatının final mərhələsinı çıxara bilməmişdi.

Petrakovla müqavilənin detalları açıqlanmayıb.

Xatırladaq ki, Xoakin Kaparros ötən il Ermənistan yığmasının baş məşqçi postundan ayrılmışdı.

ANAR ABDULLAYEV

 

Bənzər xəbərlər