Ermoso “Roma”nı tərk etmək istəyir
“Roma”nın mərkəz müdafiəçisi Mario Ermoso “Bayer”ə keçmək istəyir. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Mənbənin sözlərinə görə, gələn həftə klublar arasında danışıqlar başlanacaq. Ermoso İtaliya klubunda az oynadığından o, komandanı tərk etmək istəyir.
29 yaşlı futbolçu ötən ilin sentyabrında paytaxt klubuna transfer olmuşdu. 13 oyunda meydana çıxan Ermoso 1 qol vurub. Onun “Roma” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.