featured-image-38574

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərovun rəhbərlik etdiyi Türkiyənin “ABB Fomget” klubu Superliqada vahid lider olub.

Msport.az xəbər verir ki, Ankara təmsilçisi qadın futbolçular arasında ölkə çempionatının VII turunda səfərdə “Fənərbağça”nı 1:0 hesabı ilə məğlub edərək zirvədəki ikihakimiyyətliliyə son qoyub. Komandanın qələbə qoluna 85-ci dəqiqədə Olqa Ovdiyçuk imza atıb.

“ABB Fomget” komandası bu mövsüm Superliqada keçirdiyi yeddi oyunun hamısında qalib gəlib. Paytaxt klubu hazırda 21 xalla turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, Siyasət Əsgərov ötən mövsüm Türkiyə klubunda idman direktoru vəzifəsini yerinə yetirirdi.

Bənzər xəbərlər