"Əsl dostlarımı çətin günlərimdə tanıdım" - Kriştiano Ronaldo
Kriştiano Ronaldo Qətərdəki dünya çempionatından sonra Portuqaliya millisindən getmək istəyib. Msport.az “Rekord”a istinadən xəbər verir ki, ulduz futbolçu ailəsi ilə məsləhətləşdikdən sonra qərarını dəyişib:
“Yalan deməyəcəm, biz ailəmizlə birgə bu haqda düşünürdük. Amma sonra qərara aldıq ki, çətin də olsa, təslim olmayaq. Vəziyyəti analiz etdim. Mən çox şeyi öyrəndim və qayıtmağıma şadam. Əsl dostlarımı çətin günlərimdə tanıdım.
Məşqçi dedi ki, mənə ümid bəsləyir. Həmişə oynamaq istəyirdim. O, hamı ilə danışıb, həmçinin mənimlə və başa düşdüm ki, milliyə verə biləcəklərim var.
Mənim istəyim Portuqaliyanı ən yüksək səviyyəyə çıxarmaqdır. Komandaya nə vaxt lazım olsa, öz əməyimi əsirgəməyəcəm”.
ANAR ABDULLAYEV







