“Espanyol”da yeni məşqçi
“Espanyol”un yeni baş məşqçisi müəyyənləşib.
Msport.az xəbər verir ki, Barselona təmsilçisi keçmiş futbolçusu Luis Qarsiya ilə 2 illik müqavilə bağlayıb. 42 yaşlı mütəxəssis komandanın heyətində 262 matç keçirib, 62 qol vurub.
Qeyd edək ki, “Espanyol” hazırda İspaniya La Liqasında 27 oyundan sonra 27 xalla 17-ci pillədə qərarlaşıb.
Royal Türksoy







