featured-image-29862

“Barselona” futbolçuları “Espanyol”un meydanında çempionluqlarını qeyd edə bilməyiblər. Msport.az xəbər verir ki, “Barsa” ispaniya La Liqasının 34-cü turunda 4:2 hesabı ilə qələbə qazanaraq 1-ci yeri özünə təmin edib.

Final fitindən sonra meydanın mərkəzinə toplaşan “Barselona”lı futbolçular sevinərək qalibiyyəti qeyd etmək istəyiblər. Lakin bu vaxt meydana daxil olan “Espanyol”un bəzi azarkeşləri onların üstünə hücum ediblər. “Barsa”nın oyunçuları tez paltardəyişmə otağına qaçıblar.

Polis və təhlükəsizlik əməkdaşları futbolçuları çətinliklə özündən çıxan fanatlardan qoruyublar. Fanatlar polisə müxtəlif əşyalar atıblar.

ANAR

media-rue9bcccec88e

 

Bənzər xəbərlər