featured-image-20369

Mərakeşin Əl-Kasr Əl-Kəbir şəhərindəki stadiona milli komandanın və PSJ-nin müfafiəçisi Əşrəf Hakiminin adı verilib.

Msport.az xəbər verir ki, futbolçu bu barədə barədə sosial şəbəkədə paylaşım edib.

24 yaşlı oyunçu açılış mərasimində də iştirak edib. Qeyd edək ki, Əl-Kasr Əl-Kəbir Hakiminin anasının doğma şəhəridir:

“Adımı daşıyan stadionun istifadəyə verilməsi mənim üçün şərəfdir. Şəhər icra orqanlarına və sakinlərə mənə göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Mənim ürəyimdə xüsusi yeri olan bu şəhərə dönmək böyük fəxrdir”.

Xatırladaq ki, Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinala kimi irəliləmişdi. Bu, Afrika komandaları arasında ən yaxşı nəticədir.

Bənzər xəbərlər