featured-image-27858

PSJ-nin futbolçusu Əşrəf Hakiminin həyat yoldaşı Xiba Abuk boşanma üçün məhkəməyə müraciət edib. Msport.az xəbər verir ki, o, məhkəmədə mərakeşli futbolçunun bütün əmlakənən yarısını ona verilməsini tələb edib.

Amma məhkəmə prosesində maraqlı fakt ortaya çıxıb. Məlum olub ki, 24 yaşlı müdafiəçi bütün əmlakını anasının adına keçirib. Hakim Xiba Abukun tələbini rədd edib.

Xatırladaq ki, Mərakeş yığmasının üzvü zorlamada ittiham olunur. Paris polisi onun haqqında araşdırmanı davam etdirir.

ANAR 

Bənzər xəbərlər