"Eşşəklərlə xüsusi bağlılığım var" - Millinin futbolçusu
“Çelsi”nin futbolçusu Kay Haverts maraqlı fikirlər səsləndirib.
Msport.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi “The Guardian”a müsahibəsində bəzi komanda yoldaşlarının ona “eşşək” dediyini bildirib:
“Bu futolla əlaqəli deyil. İlk gündən eşşəklərlə xüsusi bağlılığım olduğunu hiss etmişəm. Çox sakit heyvanlardı. Bəlkə də mən özümü onlarda təcəssüm etdirirəm. Çünki mən də sakitəm. Eşşəklər bütün günü istirahət edir, az iş görürlər, sadəcə həyatlarını yaşamaq istəyirlər. Mən onları həmişə sevmişəm”.
Qeyd edək ki, Kay Haverts Almaniya millisinin də formasını geyinir.







