featured-image-69135

Kamerun milli komandasının sabiq oyunçusu Samuel Etonun oğlu Etyen karyerasını “Mirandes” klubunda davam etdirəcək. Msport.az xəbər verir ki, 23 yaşlı futbolçu yeni klubuna “Rayo Valekano”dan icarə əsasında keçib.

Hücumçu bir ərzində “Mirandes”in formasını geyinəcək.

Gənc forvard “Rayo Valekano”ya 2024-cü ildə keçib. Ötən il o, klubun II komandasında çıxış edib.

Xatırladaq ki, onun atası Sameul Eto “Barselona”, “İnter”, “Çelsi” kimi klublarda oynayıb.

Bənzər xəbərlər