featured-image-21759

Şon Dayç İngiltərənin “Everton” klubunun baş məşqçisi təyin olunub.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssislə müqavilə 2025-ci ilin iyununa kimi nəzərdə tutulub.

Dayç bu postda Frenk Lempardı əvəzləyib. İngiltərə millisinin sabiq üzvü 2022-ci ilin yanvarın 31-dən “Everton”a rəhbərlik edirdi.

Dayçın son klubu 10 il ərzində işlədiyi “Börnli” olub. O, 2022-ci ilin aprelində bu komandanı tərk edib.

Qeyd edək ki, “Everton” 20 turdan sonra 15 xalla 19-cu yeri tutur.

Anar Abdullayev

Bənzər xəbərlər