Əvvəl Ermənistanla, sonra millimizlə oynayacaqlar
Qazaxıstan millisi Azərbaycanla oyundan əvvəl Ermənistanla yoldaşlıq matçı keçirəcək.
Msport.az xəbər verir ki, qarşılaşma iyunun 7-də İrəvanda baş tutacaq.
Millimizlə görüş isə bundan 4 gün sonra Macarıstanda oynanılacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qazaxıstan seçməsi yoldaşlıq matçlarının hazırlığına iyunun 2-də başlayacaq.