"Əvvəlcə mənə sevgi verdi, sonra xoşbəxtlik" - İbrahimoviç futboldan getdi
Zlatan İbrahimoviç karyerasını başa vurub. Msport.az xəbər verir ki, 41 yaşlı futbolçu “Milan” – “Verona” oyunundan (3:1) sonra qərarını açıqlayıb.:
“Mənim üçün nəfəs almaq çətindir, amma hər şey qaydasındadır. “San Siro”da o qədər xatirələrim var ki.. Əvvəlcə o mənə sevgi verdi, sonra xoşbəxtlik.
Öz ailəmə səbr etdikləri üçün təşəkkür edirəm. İkinci ailəmə – oyunçulara, məşqçilərə, personala, menecerlərə minnətdaram. Ən əsası ürəkdən azarkeşlərə “sağ olun” demək istəyirəm.
Futbolla vidalaşmaq anı gəlid, amma sizinlə yox”.
İbrahimoviç peşəkar karyrasına 1999-cu ildə başlayıb. O, “Milan”dan əvvəl “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, PSJ, “Mançester Yunayted”, “Los Anceles Qalaksi” klublarında çıxış edib. Forvard İsveç millisində 122 oyunda 62 qol vurub – bu komandannı rekordudur.
Hücumçu karyerası ərzində 34 titul qazanıb.
ANAR ABDULLAYEV







