featured-image-24330

Futbol üzrə Niderland birinci divizionunda 27-ci turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Telstar”la qarşılaşıb. Futbolçumuzun komandası 1:0 hesabıyla qalib gəlib.

Ozan da bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana buraxılıb və sonadək oynayıb.

“Eyndhoven” hazırda 42 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Bənzər xəbərlər