featured-image-29025

Türkiyə Super Liqasında 32-ci tura yekun vurulub. Msport.az xəbər verir ki, son oyun günündə bir görüş keçirilib.

“İstanbulspor” Ezenin vurduğu qolla  “Girəsunspor” üzərində qələbə qazanıb – 1:0.

70 xalı olan “Qalatasaray” turnir cədvəlinə başçılıq edir. Liderdən 3 xal geri qalan “Fənərbaxça” 2-ci yeri tutur. “Beşiktaş” 65 xalla üçüncü sıradadır.  “Adana Dəmirspor” 57, “Başakşəhər” 51, “Kayserispor” 48, “Konyaspor” və “Trabzonspor”un 45 xalı var.

Türkiyə Super Liqası
32-ci tur
28 aprel

Alanyaspor – Ümraniyəspor 1:0
Qol: Koka, 4.

29 aprel

Fatih Karagümrük – Antalyaspor 0:1
Qol: D.Sinik, 21.

Konyaspor – Trabzonspor 2:1
Qol: Pozuelo, 37. S.Dikmen, 85 – Hamşik, 12.

Ankaragücü – Kasımpaşa 0:0

Sivasspor – Fənərbaxça 1:3
Qol: Kaysedo, 76 – Rossi, 22. F.Kadioğlu, 45+1; 45+10.

30 aprel

Beşiktaş – Qalatasary 3:1
Qol: Sayss, 35. Hacıahmetoviç, 58. Abubakar, 90+3 – İkardi, 20.

1 may

İstanbulspor – Girəsunspor 1:0
Qol: Eze, 10.

Bənzər xəbərlər