featured-image-34355

“Liverpul”un yarımmüdafiəçisi Fabinyo karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Msport.az xəbər verir ki, braziliyalı futbolçunun “Əl-İttihad”a keçidi rəsmiləşib.

29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Transfer məbləğinin isə 47 milyon avro olduğu deyilir.

Qeyd edək ki, “Liverpul” Fabinyonu 2018-ci ildə “Monako”dan 45 milyon avroya transfer etmişdi. O, Mersisayd klubuyla Premyer Liqa, Çempionlar Liqası, ölkə kuboku, liqa kuboku, ölkə superkuboku və UEFA superkubokunu qazanmağa nail olub.

Royal Türksoy

Bənzər xəbərlər